EN

"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"


Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iyulun 8-də Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda bəyan edib ki, Azərbaycanın sürətli inkişafı ilə dünyadakı lider mövqeyinin güclənməsi, öz növbəsində, medianın gündəmini də zənginləşdirir. Onun sözlərinə görə, bununla həm də media öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir: "Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib."
MEDİA-nın icraçı direktoru bildirib ki, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib.

Mətləb Salahov

Chosen
41
26
baki-xeber.com

10Sources