EN

Paşinyanın kilsə ilə bağlı məqsədinə nail olması sülh prosesinə də müsbət təsir göstərəcək Politoloq

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Ermənistanın konstitusiyasının dəyişdirlməsi Azərbaycanın əsas şərtlərindən biridir. Digər şərt isə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Hesab edirəm ki, bu iki şərt, bu iki tələb yerinə yetirilərsə, sülh müqaviləsi imzalana bilər.

Bu barədə 525.az-a politoloq İlyas Hüseynov son günlər sülh prosesi ilə bağlı cərəyan edən prosesləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, artıq bəzi ehtimallara görə Dubayda tərəflər arasında görüşün keçirlməsi gözlənilir:

“Hələ rəsmi şəkildə təsdiqlənməsə də, düşünürəm ki, bu görüş regional sülh prosesnə müsbət təsir göstərə bilər. Qardaş Türkiyənin vasitəçiliyini də burada xüsusi qeyd etmək lazımdır. Türkiyə əlindən gələni edir ki, Cənubi Qafqazda sülh və təhlükəsizlik sistemi bərqərar olsun.   Dayanıqlı təhlükəsizlik həm də iqtisadi inkişafı situmullaşdırır. Lakin maraqlıdır ki, sülh prosesləri ilə yanaşı, Ermənistanın silahlanması və digər tərəfdən sülhə əngəl ola biləcək proseslər də müşahidə olunur. Xüsusilə Ermənistanın Baş naziri ilə Apostol kilsəsi arasında olan son qarşıdurmalar heç də yaxşı ssenarilər vəd etmir. Çünki kilsə Ermənistanda elə bir gücə malikdir ki, Nikol Paşinyanı devirə də bilər, ayrı-ayrı güc mərkəzləri kilsədən istifadə edərək öz məqsədlərinə çata da bilərlər. Bu da sülh prosesini yarımçıq qoya bilər. Ona görə də çox ehtiyatla, lakin hədəfi düzgün müəyyənləşdirərək sülh prosesinə yaxınlaşmaq lazımdır”.

Politoloq deyib ki, əgər Baş nazir Nikol Paşinyan Erməni Apostol kilsəsinin rəhbərliyində olan şəxsləri kənarlaşdıraraq öz məqsədlərinə nail olsa, bu, sülh prosesinə də müsbət təsir göstərəcək, referendum keçirilərək Ermənistan konstitusiyası da dəyişəcək. Belə olan halda, sülh müqaviləsi imzalana, kommunikasiya xətləri açıla, iqtisadi əlaqələr formalaşa bilər. Bu da uzun müddətli və dayanıqlı sülh sistemini gücləndirəcəkdir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
525.az

1Sources