EN

"Liverpul" Jotanın yerinə futbolçu axtarır: Onunla əlaqə saxladılar

"Roma"nın hücumçusu Paulo Dibala karyerasını "Liverpul"da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Il Romanista" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mersisayd təmsilçisi 31 yaşlı argentinalının agenti ilə telefon vasitəsilə əlaqə saxlayıb. Onlar Dibalanı vəfat edən Dioqo Jotaya əvəz kimi görürlər.

Futbolçunun Roma klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Dibala 2025-ci ilin martından bəri zədə səbəbindən meydana çıxmayıb. Ötən mövsüm o, "Roma"nın heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
71
publika.az

1Sources