EN

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.

Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları Müdafiə Nazirliyinin müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə, hər hansı dövlətin qanuni nəzarətindən kənar ərazi üzərindən uçuşları isə beynəlxalq qaydalara əsasən tənzimlənir. Hava gəmisi uçuşda və ya aerodromun hərəkət sahəsində olduqda ümumi qaydalara və əlavə olaraq uçuş zamanı vizual uçuş qaydalarına və ya cihaz üzrə uçuş qaydalarına uyğun idarə edilməlidir. Komanda verən pilot vizual meteoroloji şəraitdə cihaz üzrə uçuş qaydalarına riayət etməklə, uçuşu seçə bilər və ya müvafiq ATS orqanı bunun yerinə yetirilməsini ondan tələb edə bilər.

Komanda verən pilot uçuş zamanı hava gəmisinin bu Qaydalara uyğun idarə edilməsi üçün məsuliyyət daşıyır və müstəsna hallarda təhlükəsizlik baxımından tamamilə zəruri olan şəraitdə bu Qaydalardan kənara çıxa bilər. Komanda verən pilot vəzifə borclarını malik olduğu səlahiyyətə uyğun olaraq yerinə yetirir. Uçuşa başlamazdan əvvəl komanda verən pilot nəzərdə tutulan uçuşa dair bütün mövcud məlumatlarla tanış olmalıdır.

Uçuşqabağı hazırlıq aerodrom rayonundan kənarda və bütün IFR uçuşlar üçün mövcud hava haqqında məlumatların və proqnozların diqqətlə öyrənilməsini, uçuşu planlaşdırıldığı kimi yerinə yetirmək mümkün olmadıqda, yanacaq ehtiyatına olan tələbləri nəzərə alaraq alternativ planın təyin edilməsini əhatə etməlidir. Uçuşların təhlükəsizliyi ilə bağlı fəaliyyəti həyata keçirən şəxslərə alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin təsiri altında olan zaman öz vəzifə borcunu yerinə yetirməyə yol verilmir.

​​​​​​"Cebheinfo.az"

Chosen
69
27
cebheinfo.az

10Sources