EN

İranın hava məkanında GƏRGİNLİK: Uçuşlar dayandırıldı

ain.az bildirir, News24 portalına istinadən.

Bölgədə artan hərbi-siyasi gərginlik fonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Emirates” hava yolları İrana həyata keçirdiyi bütün kommersiya uçuşlarını müvəqqəti olaraq dayandırıb.

News24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Şirkətin yaydığı rəsmi açıqlamada bildirilir ki, qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə verilib və 15 iyul 2025-ci il tarixinə qədər qüvvədə qalacaq. 

Həmçinin qeyd olunub ki, vəziyyət daim izlənilir və dəyişiklik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
news24.az

2Sources