Gəncədə qəza olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.