EN

Ermənistan parlamentində deputatlar əlbəyaxa OLDU - VİDEO

Ermənistan parlamentində müxalifətçi deputat Artur Sarqsyanın çıxışından sonra kütləvi dava baş verib.

Ölkə.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, onun toxunulmazlığının ləğv olunaraq həbs edilməsi planlaşdırılır.

Məlumata görə, tribunadan çıxış edən Sarqsyan bildirib ki, onun işi ilə bağlı qərar artıq verilib və mümkün həbsi öncəsi vaxtını ailəsi ilə keçirmək niyyətindədir. Çıxışından sonra o, iclas zalını tərk etməyə cəhd etsə də, hakim partiyanın nümayəndələrinin şərhləri əlbəyaxa davaya səbəb olub.

Zala daxil olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onları ayırmağa çalışıb.

Həmidə İbrahimova

Chosen
60
olke.az

1Sources