EN

İranın İrəvandakı səfiri İƏT-in Xankəndi sammitini şərh edib

İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilmiş sammitinin yekunları üzrə qəbul edilmiş və Ermənistan Respublikasının ərazi bütövlüyünü pozan qondarma anlayışlardan istifadə edən kommunikenin bəzi müddəaları İranın mövqeyinə uyğun gəlmir.

İran rəsmi məktubla İqtisadi Əməkdaşlıq Təşkilatının bu bəyanatı ilə bağlı öz iradlarını bildirib.

“Armenpress”in sualını cavablandıran səfir qeyd edib ki, bu bəyanat sadəcə olaraq sammitin sədrinin (Azərbaycan prezidenti İlham Əliyevin) mövqeyini əks etdirir və bu, sammitdə iştirak edən ölkələrin mövqelərini əks etdirməməlidir.

"Bu yaxınlarda İƏT-in İstanbulda dərc edilmiş bəyanatı ilə bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu bəyanatda yer alan bəzi müddəalar, o cümlədən Ermənistan Respublikasına qarşı ərazi iddialarını özündə əks etdirən uydurma anlayışlar İran İslam Respublikasının dost və qonşu ölkə olan Ermənistan Respublikasına qarşı prinsipial mövqelərinə ziddir və təsdiq edilə bilməz.

İran İslam Respublikası, əvvəlki kimi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh danışıqları prosesini dəstəkləyir və müddəaları hər iki tərəfin bəyəndiyi sülh sazişinin imzalanmasına böyük əhəmiyyət verir”, - deyə Mehdi Sobhani qeyd edib.

İran Prezident Pezeşkianın iştirak etdiyi sammitinin yekun bəyənnaməsinə heç bir iradı olmadığı bir halda, xırda məmur hansı ixtiyarla başqa ölkədə keçirilən beynəlxalq tədbir haqda cəfəng fikirlər ifraz edə bilər axı? Görəsən bu SEPAH zabitinin min bir oyundan çıxmasına İran rəhbərliyi və xarici işlər nazirliyi nə zaman son qoyacaq?

Chosen
223
anspress.com

1Sources