EN

“Əlini mənə bəsdərəcik”

Fransa prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit Makron arasında yaşanan gərginlik növbəti dəfə kameralara düşüb. Fransa lideri Böyük Britaniyaya səfəri zamanı həyat yoldaşı Bricit Makron ərinin göstərdiyi diqqət etinasız yanaşıb.

Makron nəzakətlə arvadı Bricitə təyyarədən düşmək üçün əlini uzadıb, lakin Bricit onun əlindən tutmaq əvəzinə pilləkənlərin məhəccərindən yapışmağa üstünlük verib.

Bu vaxt Makronun uzadılmış əli havada qalıb və o, utanaraq əlini geri çəkib.

Bir neçə dəqiqə sonra Makron cütlüyü aviabazadan çıxan maşında görüntülənib.

Cütlük arasındakı soyuqluq avtomobildə də hiss olunub. Bricit Makron çantasından çıxardığı telefonuna baxmağa üstünlük verib. Bu görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Bu hadisə may ayında Vyetnamda eniş zamanı Bricit Makronun təyyarənin qapısında ərinin üzünü iki əli ilə itələdiyi görüntülərdən sonra baş verib.

Həmin görüntülər Fransada “Şillə, yoxsa mübahisə?” başlığı ilə böyük səs-küyə səbəb olmuşdu. Prezident Makron “Le Parisien” qəzetinə müsahibədə hadisəni “zarafat” adlandırmışdı.

Bu gün saat 11.30 radələrində Uels şahzadəsi Uilyam və şahzadə Keyt Makron cütlüyünü qarşılayıblar və onlarla birlikdə Uindsor şəhərinə gediblər, burada Kral Çarlz və Kraliça Kamilla ilə görüşüblər və ənənəvi vaqon paradında iştirak ediblər.

Chosen
74
6
vaxt.az

6Sources