EN

BƏƏ şirkəti İrana uçuşları yenidən təxirə saldı

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" Hava Yolları şirkəti regional vəziyyət səbəbindən Tehrana və Tehrandan uçuşları ən azı iyulun 15-dək dayandırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu haqda şirkətin yaydığı bəyanatda bildirilib.

"Biz hadisələri yaxından izləyirik. Sərnişinlərimizin, işçilərimizin və əməliyyatlarımızın təhlükəsizliyi hər zaman bizim ən yüksək prioritetimiz olacaq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, "Emirates" Hava Yolları üçüncü dəfədir ki, İrana uçuşları təxirə salır.

Chosen
17
2
sitat.info

4Sources