EN

Paytaxtın bu ünvanında təhlükəli vəziyyət aradan qaldırılıb

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"1 iyul 2025-ci il tarixində BAKU.WS-dən daxil olmuş müraciət tərəfimizdən araşdırılıb".

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BAKU.WS-ə bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ərazisində yolun hərəkət istiqamətində ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində rabitə quyusunun ətrafında çöküntü yaranıb. 2 iyul 2025-ci il tarixində təmir işləri nəticəsində problem aradan qaldırılıb.

Xatırladaq ki, Nəsimi rayonu,Cavadxan küçəsində yolun ortasında qoyulan quyunun kənarı deşilmişdi. Hadisə ilə bağlı BAKU.WS-in "qaynar xətti"nə müraciət edilmişdi.

Hadisə "Bakıda daha bir "ölüm quyusu" - İnsanların həyatı təhlükədədir" adlı yazıda işıqlandırılmışdı.

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
baku.ws

2Sources