EN

Elektrik xətləri partlayır - Bu qəsəbədə insanların həyatı təhlükədədir

İsmayıllı rayonu, Lahıc qəsəbəsində təhlükəli vəziyyət yaranıb. 

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, dünəndən başlayaran qəsəbədə yerləşən evlərdən birinin üstündən keçən yüksək gərginlikli elektrik xətlərində qısaqapanma olub. Ərazidə insanların həyatı üçün təhlükəli vəziyyət yaranıb.

"Əgər elektrik xətləri qırılıb evlərin üstünə düşsə, onlarla insan öləcək", - deyə sakinlər bildirib.

Chosen
9
2
far.az

3Sources