EN

Tramp Ukraynaya müdafiə təyinatlı silahların göndərilməsini təsdiqlədi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya müdafiə xarakterli silahların göndərilməsinə razılıq verdiyini təsdiqləyib. Bu barədə o, nazirlər kabinetinin iclasında çıxışı zamanı bildirib. İclasın görüntüləri Ağ Evin YouTube kanalında yayımlanıb.

“Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən bunu təsdiqlədim”, – deyə Tramp bəyan edib.

Qeyd edək ki, bundan öncə də ABŞ Ukraynaya müxtəlif növ müdafiə təyinatlı avadanlıqlar, o cümlədən tank əleyhinə sistemlər və rabitə vasitələri təqdim edib. Trampın bu bəyanatı ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsi kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az

Chosen
48
editor.az

1Sources