Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanov (Rusiya tərəfindən terrorçular və ekstremistlər siyahısına salınıb) Prezident Volodimir Zelenskiyə Rusiyadakı “zəif nöqtələr” barədə məruzə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında məlumat verib.
“Bu gün GUR rəhbərinin Rusiyada mövcud olan zəif nöqtələrlə bağlı məruzəsi oldu. Mübadilə prosesini də müzakirə etdik, bu proses davam edir – bu, hələ də Türkiyədə keçirilmiş ikinci görüşdə əldə olunan razılaşmaların icrasıdır. Rusiyanın əsirliyində olan mümkün qədər çox insanımızı azad etməyə çalışırıq”, – deyə Zelenski bildirib.