EN

Bu şirkət Almaniyada 5 min işçini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Daimler Truck” 2030-cu ilə qədər Almaniyada 5 min iş yerini ixtisar edəcək.

Banco.azxəbər verir ki, dünyanın ən böyük yük maşını istehsalçılarından biri olan Almaniya mənşəli "Daimler Truck" şirkəti, ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində Kapital Bazarları Günü tədbirini keçirib.

Şirkət tədbirdə 2025-ci ilin mart ayında elan olunmuş "Avropa üzrə Xərclərin Azaldılması (Cost Down Europe)" Proqramının bir hissəsi olaraq istehsalını daha aşağı büdcəli bir ölkəyə köçürmə planını da açıqlayıb.

Digər tədbirlərlə birlikdə 2030-cu ilə qədər Almaniyada təxminən 5 min nəfərin işdən çıxarılacağı qeyd edilən plana əsasən, bu ixtisarlar əsasən təbii yolla işdən ayrılma (məsələn, könüllü işdən çıxma, təqaüdə çıxma və s.) və qismən təqaüdlə həyata keçiriləcək.

Plana əsasən, şirkət xərcləri 1 milyard avrodan çox azaltmağı hədəfləyir. Alman şirkətinin Almaniyada təxminən 35 min 500 işçisi var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
0
1
banco.az

2Sources