EN

Aİ-nin büdcə layihəsinə Ukrayna üçün 100 milyard avro daxil edilib

Avropa Komissiyası Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləmək üçün Avropa İttifaqının 2028-2034-cü illər üçün növbəti yeddiillik büdcə layihəsinə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” sənəd layihəsinə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, Avropa Komissiyası belə bir fondun yaradılmasını Ukraynaya sabit maliyyə yardımının dəstəklənməsi zərurəti ilə əsaslandırır.

Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Avropa İttifaqı və onun üzvü olan dövlətlərdən Kiyevə ümumi maliyyə, iqtisadi və hərbi yardım 160 milyard avro təşkil edib, lakin bütün bu pullar sistemli şəkildə deyil, çoxsaylı fərdi proqramlar, kredit xətləri şəklində ayrılıb.

Hazırda Avropa Komissiyası Ukraynaya yardımı icma büdcəsinin struktur maddəsinə, yəni növbəti büdcə dövrü üçün Aİ-nin xərclərinin məcburi hissəsinə çevirməyi təklif edir. Aİ-də büdcə planlaşdırması yeddi illik həyata keçirilir.

Avropa Komissiyası gələn həftə 2028-2034-cü illər üçün büdcə layihəsini təqdim etmək niyyətindədir. Avropa Komissiyası ilə Aİ ölkələri arasında danışıqlar 2027-ci ilin sonuna qədər davam edə bilər.

Chosen
19
2
report.az

10Sources