Bu gün Klublararası Dünya Çempionatında ikinci finalçı məlum olacaq.
Futbolpress.az xəbər verir ki, yarımfinalda PSJ ilə “Real” üz-üzə gələcək. Matça saat 23:00-da start veriləcək.
Dünən “Fluminense”yə qalib gələn “Çelsi” finala yüksələn birinci komanda olub.
FIFA Klublararası Dünya Çempionatı
Yarımfinal
9 iyul
23:00 PSJ (Fransa) – Real (İspaniya)