ABŞ-də keçirilən klublararası dünya çempionatında ilk finalçı bəlli olub.
Milli.Az xəbər verir ki, yarımfinalın ilk matçında "Çelsi" Braziliyanın "Fluminense" komandası ilə qarşılaşıb. Rəqibinə 2 cavabsız qolla qalib gələn London təmsilçisi adını finala yazdırıb.
Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da İspaniyanın "Real Madrid" və Fransanın PSJ kollektivləri arasında olacaq.
Hüseyn
Milli.Az