EN

Azərbaycanda ağır mikroavtobus qəzası – 20 nəfər xəsarət aldı

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib.

Belə ki, “Ford” markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar aparılır.

Chosen
26
2
editor.az

3Sources