EN

Azərbaycanda ağır mikroavtobus qəzası - 20 nəfər xəsarət aldı

09:33 09.07.2025
09:33 09.07.2025

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mynews.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib.

Belə ki, "Ford" markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar aparılır.


Chosen
9
2
mynews.az

3Sources