UEFA avrokuboklarda Liqa mərhələsindən sonra pley-off oyunlarının keçiriləcəyi məkanlar üçün püşkatmanı ləğv edib.
Viral.az “AS” nəşrinə istinadən xəbər verir ki, komandalar Liqa mərhələsində tutduqları yerlərə əsasən növbəti raunddakı matçlarını evdə və ya səfərdə oynayacaqlar.
Turnir cədvəlinin daha yuxarı pilləsində qərarlaşan tərəf ilk görüşü səfərdə keçirəcək. Avropa futbol qurumu əsas mərhələnin əhəmiyyətini artırmaq məqsədi ilə bu addımı atıb.
Son Yazılar:
- UEFA oyunların məkanı ilə bağlı püşkatmanı ləğv ETDİ
- Ağdam-Füzuli yolunda mikroavtobus aşdı, 20 nəfər xəsarət ALDI
- FHN Ağdamda regional seminar-müşavirə KEÇİRİB
Növbəti mövsümdən tətbiq olunacaq dəyişikliklər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına şamil ediləcək.