Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İngiltərəli forvard Temmi Abrahamı heyətinə qatmaqla bu yayın ilk hay-küylü transferini reallaşdıran ''Beşiktaş'' daha bir mühüm keçidi həll etməyə yaxındı. Belə ki, İstanbul nəhəngi Türkiyə yığması və ''Benfika''nın yarımmüdafiəçisi Orkun Kökçü ilə apardığı danışıqlarda bir xeyli irəliləməyə nail olub. Bu, başqan Sərdal Adalının sayəsində mümkün olub. Türkiyə mətbuatının iddiasına görə Adalı özü şəxsən Portuqaliyaya yollanaraq ''Benfika'' rəhbərliyi ilə danışıqlarda iştirak edib. 24 yaşlı futbolçu Lissabon nəhəngində əsas heyət üzvü sayılsa da, onun baş məşqçi Bruno Laje ilə heç cür ulduzu barışmır. Tanınmış futbolçunun ən son Klublararası Dünya Çempionatında ''Oklend Siti'' ilə oyunda əvəzlənərkən Lajeyə sərt şəkildə etirazını bildirməsi, məşqçinin də ona eyni cür qarşılıq verməsi sosial şəbəkələrin ''bəzəyinə'' çevrilmişdi. Məhz həmin hadisədən sonra Orkun ''Benfika''dan ayrılmaq qərarına gəlib. Ona ''Fənərbaxça'' da ciddi maraq göstərirdi. Amma bu futbolçu uşaqlıqdan ''Beşiktaş'' azarkeşi olduğunu bildirərək ''Fənər''in təklifini geri çevirdi. Hazırda son detallar müzakirə olunur. Həm Adalı, həm Orkun, həm də onun ətrafı ''Benfika'' rəhbərliyinə bu transferə razılıq vermələri üçün təzyiq göstərir. İddialara görə ''Beşiktaş'' Orkuna ilk mövsümü icarə əsasında olmaqla ''1+4'' illik müqavilə teklif edib. Məsələnin maddi tərəfi barədə isə heç bir məlumat verilmir. Adalı fürsətdən istifadə edərək ''Benfika'' rəhbərliyi ilə Jedson Fernandeşin məsələsini də müzakirə etməyə çalışır. Bilindiyi kimi Fernandeşin haqlarının 50 faizi hələ də lissabonlulara məxsusdu.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.