EN

Diplomatların peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilib - FOTO - YENİLƏNİB

8 iyul 2025-ci il tarixində, Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil edilib.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi qəbulda Xarici İşlər Nazirliyi və ölkəmizin diplomatik missiyalarının rəhbərləri, bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, millət vəkilləri, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb.

Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Rəsmi qəbul konsert proqramı ilə davam etdirilib.



***
01:05


“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil olunub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, rəsmi qəbulda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

Diplomatların Diplomatların Diplomatların Diplomatların
Chosen
2
27
apa.az

10Sources