EN

Avropada minlərlə insan istidən ölüb

Hurriyyet.az xəbər verir ki, ötən həftə həddən artıq istilər səbəbindən Avropanın 12 şəhərində 2300 nəfərdən artıq insan vəfat edib.

"Röyter" agentliyinin məlumatına görə, bu barədə London İmperiya Kollecinin, London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin araşdırmasında məlumat verilir. Araşdırma 10 günlük dövrü əhatə edir. Həmin müddət ərzində Qərbi Avropanın böyük bir hissəsini anormal istilər bürümüşdü. İspaniyada temperatur 40 dərəcəni keçmişdi. Fransada meşə yanğınları baş vermişdi.

Vəfat edənlərdən təqribən 1500 nəfərinin ölümünü alimlər birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirirlər - qlobal dəyişikliklər istiləri daha intensiv və təhlükəli edib. 

Hürr Tərcüman

Chosen
35
1
hurriyyet.az

2Sources