“Çelsi” klublararası dünya çempionatının yarımfinalında “Fluminense”ni məğlub edib (2:0).
İdmanxeber.az-ın məlumatına görə, London klubu turnirin finalına yüksəldikdən sonra artıq 110 milyon dollar qazanıb. Komanda həlledici matçda qələbə qazanacağı təqdirdə, bu məbləğ 120 milyon dollar olacaq.
“Zadəganlar”ın rəqibi PSJ – “Real” oyunundan sonra müəyyənləşəcək. Final 13 iyul bazar günü baş tutacaq.