ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Kırıkkale bölgəsində oğurluq cinayətinə görə 52 il həbs cəzası olan bir məhkum gizləndiyi tualetdə yaxalandı.
Sherg.az xəbər verir ki, Kırıkkale İl Təhlükəsizlik İdarəsinin Asayiş Şöbəsi əməkdaşları, prokurorluğun koordinasiyası ilə şəhərin müxtəlif ünvanlarına eyni vaxtda əməliyyat həyata keçirib.
Aparılan əməliyyatlar zamanı müxtəlif cinayətlərə görə axtarılan şəxslər tək-tək müəyyən edilərək saxlanılıb.
"Oğurluq" cinayətinə görə 4 ayrı iş üzrə ümumilikdə 52 il həbs cəzası olan S.Z. adlı məhkum, yaxalanmamaq üçün tualetə gizlənib. Polis əməkdaşlarının evdə apardığı axtarış zamanı o, tualetdə tapılaraq saxlanılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.