Şəki-Oğuz avtomobil yolunda qəza olub.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə yolun Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
44 yaşlı Oğuz rayon sakini Sarvan İmamverdiyevin idarə etdiyi "VAZ-21012" markalı avtomobillə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-21012"də olan 2 sərnişin xəsarət alıb.
Araşdırma aparılır.