“Rusiyanın Ukraynanın demilitarizasiyası tələbi Avropa ölkələri üçün qəbuledilməz görünür”.
Missiya.Az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lecornu deyib.
"Bizim mütləq qırmızı xəttimiz Ukraynanın demilitarizasiyasıdır. Biz Ukraynanın NATO-ya daxil olmasından imtina edə bilmərik və eyni zamanda onun artıq ordusunun olmadığını qəbul edə bilmərik. Ukraynalılar öz təhlükəsizliklərini özləri təmin etməyi bacarmalıdırlar", - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az