EN

Mehdi Sobhani niyə göynəyir?

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün yekun sənədi- Xankəndi Kommünikesi ilə bağlı səsləndirdiyi iddialar Azərbaycan Xarici İşlər Nazirliyinin sərt və arqumentli reaksiyası ilə qarşılanıb.

Nazirliyin Mətbuat Xidməti rəhbəri Ayxan Hacızadə bu bəyanatın mahiyyət etibarilə əsassız olduğunu, diplomatik və təşkilati reallıqlarla daban-dabana zidd olduğunu bildirib.

Xankəndi Kommünikesi nədən Ermənistanı bu qədər narahat edir?

Bu sənəd İƏT-in 17-ci Zirvə toplantısına sədrlik edən Azərbaycan Respublikasının adından yayımlanmış yekun sənəddir. Diplomatik təcrübədə bu cür sənədlər- “Chair’s Summary” və ya “Sədrin Xülasəsi” - sammitin ruhunu, əsas çağırışlarını və gündəmindəki razılaşdırılmış istiqamətləri ümumiləşdirən bəyanatdır. Xankəndi Kommünikesi də məhz bu forma və funksiyaya malikdir: hər hansı dövlətin imzası və ya qeyd-şərti tələb olunmur. Təşkilatın təcrübəsində bu normaldır, istənilən etiraz sənədin hüquqi əsasını sarsıtmır.

Əsas məsələ isə bundan ibarətdir ki, Xankəndi Kommünikesində “hazırkı Ermənistan ərazisindən sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” vurğulanır. Bu isə elə İranın da üzvü olduğu başqa bir beynəlxalq qurum- İslam Əməkdaşlıq Təşkilatının 51-ci sessiyasında İstanbulda konsensusla qəbul etdiyi qətnaməyə əsaslanır. Yəni İran özü də bu hüququ beynəlxalq səviyyədə tanıyıb, dəstəkləyib və imza atıb. İndi isə səfir Mehdi Sobhaninin çıxıb bu kommünikenin mahiyyətinə kölgə salmaq cəhdi ya Tehranla koordinasiyalı deyil, ya da İran daxilində hansısa mərkəzlərin Ermənistanı təsəlli etməyə hesablanmış diplomatik məkrdir.

Əgər məsələ Ermənistan tərəfinin narahatlığıdırsa, bu, çox normaldır. Ermənistan Qarabağda itirdiklərini həzm edə bilmədiyi kimi, indi də Qərbi Azərbaycanla, Zəngəzurla bağlı tarixi-hüquqi reallıqların beynəlxalq tribunada dilə gətirilməsini gözdən salmağa çalışır. Xankəndi Kommünikesində bu məsələ qapalı, yumşaq və diplomatik dillə, lakin konkret şəkildə ifadə olunub: Qərbi Azərbaycandan - yəni bugünkü Ermənistan ərazisindən qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları xatırlanır. Bu, Ermənistanın dövlətçilik mifologiyasının, monoetnik cəmiyyət modelinin və tarixi inkarçılığının beynəlxalq səviyyədə tənqidə məruz qalması deməkdir. Odur ki, Ermənistanın narahatlığı, panikası anlaşılmaz deyil.

Bəs özünü "soğan yeməmiş" kimi aparan İran səfirinin içini bu qədər göynədən nədir?

Görünür, Xankəndi adının rəsmi beynəlxalq sənəddə qeyd olunması, bu şəhərin Azərbaycan tərəfindən tam suverenliklə bərpa edildiyinin fakt kimi tanınması, həm də Azərbaycanın regional diplomatiyada təşəbbüskar mövqeyə keçməsi kimlərinsə mədəsində soğan kimi acılıq yaradıb.

Chosen
168
aznews.az

1Sources