EN

Ana və qızını maşın vurdu Biri öldü (VİDEO)

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, minik avtomobili iki nəfər piyadanı vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, səhər saat 11 radələrində Bakı-Qazax yolunun 46-cı kilometrində Səngəçal qəsəbəsi ərazisində 99 AU 092 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Yaqubov Elnur Eynulla oğlu idarəetməni itirib və nəqliyyat vasitəsi səkinin üzərində dayanan ana və qızına dəyib.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Bədirova İradə Müslüm qızı ölüb, 2004-cü il təvəllüdlü qızı Bədirova Gülnar Rəsul qızı isə xəsarət alıb.

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
2
unikal.az

4Sources