Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanı 2014-cü ildə Boeing MH17 təyyarəsinin qəzaya uğramasında təqsirli bilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Ukrayna və Niderlandın Rusiyaya qarşı iddiaları ilə bağlı qərarda Rusiyanın 2014-cü ildə Malayziyanın Boeing MH17 təyyarəsinin vurulmasında əli olduğu deyilir.
Məhkəmə müəyyən edib ki, təyyarə Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazidən Rusiya istehsalı olan "Buk" raketi ilə vurulub.