EN

Döngəni zəbt edən taksilər görünüşü məhdudlaşdırıb qəzaya səbəb olurlar VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dayanma-durma qaydalarının pozulması ciddi təhlükələrə yol açır. Avtosfer.az xəbər verir ki, bu dəfə problem paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində müşahidə olunub. Qəsəbə sakinlərindən biri redaksiyamıza müraciət edərək Məhəmməd Namazov küçəsində taksi sürücülərinin qaydalara əməl etmədiyini bildirib.

Onun sözlərinə görə, sürücülər avtomobillərini yolun döngə hissəsində saxlayaraq sifariş gözləyirlər. Nəticədə görünüş məhdudlaşır və bu, yolayrıcında hərəkət edən nəqliyyat vasitələrinin əks istiqamətə çıxmasına səbəb olur. Şikayətçi qeyd edir ki, bu hal artıq bir neçə dəfə qəzalara gətirib çıxarıb. Təəssüf ki, həmin sürücülər məsuliyyətə cəlb olunmadıqları üçün bu cür intizamsız davranışlarını davam etdirirlər.

​​​​​​

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
avtosfer.az

1Sources