EN

Səbayıl Bağırov “Şamaxı”ya lazım olmadı

2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Şamaxı” dayaq yarımmüdafiəçisi Səbayıl Bağırov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub futbolçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulanıb.

Səbayıl Bağırov 2024-cü ilin əvvəlindən “Şamaxı”nın uğurları üçün çalışırdı. 30 yaşlı futbolçunun əyalət klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi mövcud idi. Müdafiəçi bu komandanın heyətində 21 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bağırov daha öncə “Turan Tovuz”, “Diyarbəkir Yolspor”, “Siirtspor” və “Denizli Bələdiyyəspor” kimi klublarda da çıxış edib.

“Şamaxı” daha öncə Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimovla da yollarını ayırmışdı.

Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli klubla yeni müqavilə bağlayıblar. Əyalət təmsilçisi Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi və Sezar Henrike Dias Santosu da heyətinə cəlb edib.

Chosen
36
arena.az

1Sources