"Şamaxı" rəhbərliyi mövsümlərarası fasilədə 11-ci futbolçu ilə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Səbayıl Bağırovla yollarını ayırıb.
30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Şamaxı” Bağırovla ötən mövsüm ikillik müqavilə imzalamışdı.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivdən bundan öncə Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels, Brahim Konate, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimov yola salınıb.