EN

İranla Ermənistanın müdafiə nazirləri telefonla danışıblar

Hurriyyet.az xəbər verir ki, iyulun 9-da Ermənistanın müdafiə naziri Suren Papikyanla İranın müdafiə naziri Əziz Nəsirzadə arasında telefon söhbəti olub. Söhbət zamanı regional təhlükəsizlik məsələlərinə toxunulub. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Söhbətin əsas mövzusu ikitərəfli əlaqələr olub. Nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Söhbət zamanı regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, iyunun əvvəlində Ermənistanda İran Prezidenti Məsud Pezeşkianın səfərinin gözlənildiyi xəbər verilmişdi. Səfərin dəqiq tarixi hazırda bəyan edilməyib.

Hürr Tərcüman

Chosen
52
hurriyyet.az

1Sources