Husilər “Eternity Sea” gəmisini vurması nəticəsində gəmi batıb.
News365.az xəbər verir ki, batan gəmidəki heyət üzvlərinə tibbi yardım göstərilib.
Məlumata görə, Husilər “Eternity Sea” adlı ticarət gəmisinə pilotsuz partlayıcı qayıq və 6 raketlə hücum etdiklərini bildiriblər.
Onların iddiasına görə, hücum nəticəsində gəmi batıb. Husilər əlavə ediblər ki, gəmidən bir neçə heyət üzvü xilas edilərək onlara tibbi yardım göstərilib.