ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Daşkəsəndə gənc qadın sirkə turşusundan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. 24 yaşlı qadının hansı səbəbdən sirkə turşusundan zəhərlənməsi məlum deyil.
Fakt araşdırılır.
Tural Əhmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.