EN

PSJ finala darmadağınla çıxıb

FİFA Klublararası Dünya çempionatının ikinci finalçısının adına aydınlıq gətirilib.

"Report" xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı yerləşən "MetLife" arenasında "PSJ" və "Real Madrid" üz-üzə gəlib. Görüş fransızların 4:0 hesablı darmadağını ilə başa çatıb.

Paris təmsilçisinin qollarını Fabian Ruis (dubl), Usman Dembele və Qansalu Ramuş vurub.

Beləliklə, finalda "PSJ" ilə "Çelsi" üz-üzə gələcək. Final görüşü iyulun 13-də baş tutacaq.

Chosen
70
1
report.az

5Sources