EN

Ağdərədə mina partlayıb, xəsarət alan var

Ağdərədə mina hadisəsi baş verib.

APA-nın yerli bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

Chosen
33
19
apa.az

10Sources