Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində, H. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N. Abbasov və T. Pirverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
01:28
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Natəvan 2 qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü H. Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.