Qəbələdə azyaşlı hovuzda boğulub. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində baş verib. 2021-ci il təvəllüdlü C.Qasımova (şərti) Qəbələ rayon Vəndam qəsəbəsində kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb. Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.