EN

“Sabah”ın stadionda görmədiyini “Tsele” çəkib paylaşdı FOTO

BAKI, 9 iyul. TELEQRAF

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın “Tsele” klubu maraqlı paylaşımla diqqət çəkib.

Teleqraf-ın məlumatına görə, sloveniyalılar oyundan öncə “Bank Respublika Arena”da açıq məşqə hazırlaşarkən sınıq oturacaqların şəklini çəkərək klubun instaqram hesabında paylaşıblar.

“Tsele” daha sonra rəsmi görüşdən əvvəl son məşqini keçirib.

Qeyd edək ki, bu gün Əlincə stadionunda ("Bank Respublika Arena") keçiriləcək “Sabah” - “Tsele” matçı saat 20:00-da başlayacaq.

Chosen
27
teleqraf.com

1Sources