EN

Ağdam-Füzuli yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Bakı.Trend:

09.07.2025-ci il tarixində saat 08:00 radələrində Ağdam-Füzuliyolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan24 nəfərdən 21-i ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) məlumat verilib.

Onlardan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi XəstəxanasınınReanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil olaraqqiymətləndirilir.

İki nəfər isə Goranboy rayonunda yerləşən özəl tibbmüəssisələrinin birinə təxliyə olunublar.

Qeyd edək ki, dünən saat 08 radələrində Ağdam-Füzuli avtomobilyolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyannəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi başverib. Hadisə zamanı 24 nəfər xəsarət alaraq xəstəxanayayerləşdirilib.

Məqalədə:
Chosen
43
az.trend.az

1Sources