EN

Kiyevə 10 saatlıq dəhşətli hücum: Ölənlər var

Rusiya qoşunları bu gecə Kiyevə və Kiyev bölgəsinə kütləvi hücuma keçib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri Telegram kanalında yazıb.

Jurnalistlərin bildirdiyinə görə, hava hücumu həyəcanı təxminən 10 saat davam edib. Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə zərbələr endirib. Hazırda şəhərin bəzi küçələri bağlanıb.

"Paytaxta hücum nəticəsində iki nəfər ölüb, daha 14 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib. Bölgədə bir nəfər yaralanıb", - məlumatda bildirilir.

Chosen
44
1
publika.az

5Sources