Misli Premyer Liqasının debütantı "Karvan"ın rəhbərliyi daha 5 futbolçu ilə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour və Begzod Khulikulov ilə yolları ayırıb.
Bu oyunçularla başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, bundan öncə komandanı Emil Qasımov, Bəhruz Teymurov, Ezekiel Morqan, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurov tərk edib.