Olaylar.az xəbər verir ki, ilk dəfə Şuşa şəhərindən poçt vasitəsilə Avropa və Kanadaya məktub gedəcək.
Şuşa şəhərində səyyahlardan biri İrlandiyalı David Joseph Langan Şuşa şəhəri poçtundan İrlandiya və Kanadaya açıqca göndərəcək. Bu tarixi bir hadisədir.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin "dark tourism" çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.
xxx
10:46
Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
Olaylar.az xəbər verir ki, dünyanın 15 ölkəsindən olan səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olacaqlar. (Trend)