EN

BU BİR İLKDİR: Şuşadan Avropa və Kanadaya poçt vasitəsilə məktub gedəcək

Yazını böyüt
Yazını kiçilt

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. 15 ölkədən 30 nəfərdən ibarət səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. Onlardan 9-u dünyanın bütün ölkələrində olub.

Hafta.az xəbər verir ki, ilk dəfə Şuşa şəhərindən poçt vasitəsilə Avropa və Kanadaya məktub gedəcək. Şuşa şəhərində səyyahlardan biri İrlandiyalı David Joseph Langan Şuşa şəhəri poçtundan İrlandiya və Kanadaya açıqca göndərəcək. Bu tarixi bir hadisədir.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.

Chosen
25
31
hafta.az

10Sources