EN

Bakıda polis əməliyyat keçirdi: Saxlanılanlar var

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları n@rkot!klərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar.

Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən n@rkokuryerliyə cəlb olunduqlarını və n@rkot!k vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları n@rkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.


Chosen
61
32
news24.az

10Sources