EN

"Mingəçevir"in yeni baş məşqçisi açıqlandı

BAKI. 10 iyul. TELEQRAF

Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" komandasının baş məşqçi postuna yeni təyinat gerçəkləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Pro kateqoriyalı mütəxəssis Ramiz Məmmədova həvalə olunub.

Təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, Füzuli Məmmədovu əvəzləyib.

Qeyd edək ki, "Mingəçevir" ötən mövsüm I Liqada 27 oyundan 35 xalla 4-cü yeri tutub.

Chosen
58
teleqraf.com

1Sources