EN

«Assist Finance»ın əməliyyat dövriyyəsində 100 milyon manatdan çox azalma var - RƏQƏMLƏR

2025-ci ilin yanvar–iyun ayları üzrə “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Bakı Fond Birjasında apardığı əməliyyatların ümumi dəyəri 2 milyard 891,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azalma deməkdir. 2024-cü ilin ilk yarısında bu göstərici 2 milyard 995 milyon manat təşkil etmişdi.

«Unicapital»ın səhmlərlə əməliyyatları - 10 DƏFƏYƏ YAXIN ARTIB - RƏQƏMLƏR

FED.az xəbər verir ki, ən kəskin geriləmə ARMB qiymətli kağızları üzrə baş verib. 2024-cü ildə 85,9 milyon manat olan əməliyyat həcmi bu il 39,5 milyon manata enib. Bu isə təxminən 54% azalma deməkdir.

Dövlət istiqrazları üzrə əməliyyatlarda da nəzərəçarpacaq azalma müşahidə olunub. Əvvəlki ildə 204,8 milyon manat olan dövriyyə 2025-ci ilin ilk altı ayında 108,5 milyon manata düşüb – bu isə təxminən 47% azalma ilə xarakterizə olunur.

Səhm bazarında da əməliyyat həcmi kəskin şəkildə azalıb – 2024-cü ilin müvafiq dövründə 12,7 milyon manat olan dövriyyə, 2025-ci ildə cəmi 362 min manat təşkil edib. Bu isə təxminən 97% azalma ilə nəticələnib.

Repo bazarında da geriləmə müşahidə olunub. Ötən ilin ilk altı ayında bu bazarda 2 milyard 205,6 milyon manatlıq əməliyyat aparılmışdısa, cari ildə bu rəqəm 2 milyard 48,5 milyon manata düşüb – yəni təxminən 7% azalma baş verib.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Chosen
23
fed.az

1Sources